Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/
ABŞ-ın Nyu-Cersi ştatının Ecuoter şəhərində türkiyəli diplomatların yaşadıqları binaların birində güclü yanğın olub. Bu barədə Trend cümə axşamı "Haber7" telekanalına istinadən xəbər verir.
Binanın bütün sakinləri təxliyə edilib, yanğından zərər çəkən olmayıb.
Digər təfsilatlar barədə məlumat verilmir.