...

Çində koronavirusdan ölənlərin sayı 2 min nəfəri keçib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 19 Fevral 2020 04:10 (UTC +04:00)
Çində yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 74 185 nəfərə çatıb
Çində koronavirusdan ölənlərin sayı 2 min nəfəri keçib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub

Bakı. Trend:

Çində yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 74 185 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yoluxanlardan 2004 nəfər ölüb, 14 376 nəfəri isə sağalıb.

Bildirilir ki, hazırda xəstə olan 57 805 nəfərdən 11 977 nəfərinin vəziyyəti ağırdır.

Ötən sutka ərzində ölkə üzrə 1749 təsdiqlənmiş yoluxma halı, 136 ölüm halı qeydə alınıb, 1824 nəfər isə sağalaraq evə buraxılıb.

XXX

02:48

Çinin Hubey əyalətində yeni növ COVID-19 koronavirusundan daha 132 nəfər ölüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 1921 nəfərə çatıb.

Bildirilir ki, virusa yoluxanların sayı 61,6 min nəfərə çatıb, onlardan 9128 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti