...

"Mona Liza"nı 50 milyard avroya satmaq təklif olunub

Dünya xəbərləri Materials 20 May 2020 12:31 (UTC +04:00)

Bakı. Trend:

Fransalı iş adamı Luvr muzeyinə “Mona Liza” əsərini 50 milyard avroya satmağı təklif edib.

Trend-in məlumatına görə, iş adam bu məbləğ sayəsində pandemiyanın səbəb olduğu iqtisadi böhranın öhdəsindən gəlməyin mümkün olacağını bildirib.

Luvr muzeyinin rəhbərliyi isə rəsm əsərinin satılmasının mümkün olmadığını vurğulayıb:

“Milli fransız kolleksiyaları dövlətdən ayrılmazdır və onları satmaq mümkün deyil”.

Qeyd edək ki, “Mona Liza” italiyalı rəssam Leonardo da Vinçi tərəfindən 1503-1505-ci illər arasında çəkilib. Rəsm əsəri 1793-cü ildən Luvrda saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti