Bakı. Trend:
ABŞ Konqresinin aşağı palatasının nümayəndələri sabiq prezident Donald Trampın impiçmenti barədə qətnaməni Senata təqdim ediblər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölkə tarixində ilk dəfə olaraq hakimiyyətdən kənarlaşdırma proseduru iki dəfə eyni prezidentə qarşı həyata keçirilir.
Məlumata əsasən, qətnamə bir ittiham maddəsindən ibarətdir - üsyana təhrik.
Qeyd edilir ki, impiçment üzrə prosesin özü fevralın 8-dən sonra başlayacaq.