...

Ankara və İslamabad regional təhlükəsizliyi müzakirə ediblər

Dünya xəbərləri Materials 28 Dekabr 2021 01:39 (UTC +04:00)
Ankara və İslamabad regional təhlükəsizliyi müzakirə ediblər

Bakı. Trend:

Pakistanın Ravalpindi şəhərində Türkiyə Quru Qoşunlarının komandanı, general-leytenant Vəli Tarakçının pakistanlı həmkarı general Kamar Cavid Bacvı ilə görüşü baş tutub.

Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, görüş zamanı tərəflər müdafiə sahəsində əməkdaşlığı, regional təhlükəsizliyi və Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.

C.Bacvının sözlərinə görə, Pakistan Türkiyə ilə qardaşlıq münasibətlərini yüksək qiymətləndirir.

Görüşdə həmçinin 2018-ci ildə Türkiyə və Pakistan arasında 4 ədəd MİLGEM korvetinin istehsalı ilə bağlı imzalanmış razılaşma da nəzərdən keçirilib.

Qeyd edək ki, ilk MİLGEM koveti Pakistan Hərbi Dəniz Qüvvələrinə 2023-cü ildə təhvil veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti