...

Tarkanın konserti üçün qurulan səhnə uçub

Dünya xəbərləri Materials 8 Sentyabr 2022 05:33 (UTC +04:00)
Tarkanın konserti üçün qurulan səhnə uçub

Bakı. Trend:

Doqquz sentyabr İzmirin Qurtuluş Günü tədbirləri çərçivəsində keçiriləcək Tarkanın konserti üçün qurulan səhnə uçub.

Trend xəbər verir ki, hadisə zamanı işçilərdən biri yaralanıb.

Yaralı artıq xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Xilasedicilər dağıntılar altında axtarış-xilasetmə işləri aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti