...

Türkiyədə helikopter qəzaya uğrayıb, ölənlər var (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 21 Sentyabr 2022 23:13 (UTC +04:00)
Türkiyədə helikopter qəzaya uğrayıb, ölənlər var (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Türkiyənin Dənizli əyalətinin Çardak yaşayış məntəqəsi yaxınlığında meşə yanğınının söndürülməsinə cəlb olunan helikopter qəzaya uğrayıb.

Trend xəbər verir ki, bunu əyalətin qubernatoru Əli Fuad Atik deyib.

Onun sözlərinə görə, qəza nəticəsində 2 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.

Bildirilir ki, helikopterin göyərtəsində olan şəxslərdən 5-i Rusiya vətəndaşı olub.

XXX

17:44

Türkiyədə yanğınsöndürmə helikopter qəzaya uğrayıb.

TurkicWorld-un məlumatına görə, Türkiyənin Marmaris şəhərində yanğınsöndürmə işlərinə dəstək vermək üçün Kastamonudan yola düşən yanğınsöndürmə helikopteri qəzaya uğrayıb.

Məlumata görə, qəza nəticəsində dörd nəfər yaralanıb, bir nəfər isə vəfat edib.

Qeyd edək ki, bu gün Marmarisdə meşəlik bölgədə yanğın başlayıb. Küləyin təsiri ilə böyüyən alovlara qurudan və havadan müdaxilələr davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti