Bakı. Trend:
“İraqın İslam Müqaviməti” hərəkatına aid silahlı qruplaşmalar Suriyanın Haseke əyalətinin cənubundakı Əş-Şəddadi şəhərindəki ABŞ hərbi bazasına raket zərbələri endirib.
Trend xəbər verir ki, Əl-Cəbsə neft yatağının yanında yerləşən hərbi obyektə çoxsaylı raket sistemlərindən atəş açılıb.
Hücum zamanı bazada silsilə partlayışlar baş verib.
Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmır.