...

"Sony"nin "PlayStation" konsolları üzrə bölməsi 900 işçini ixtisar edəcək

Dünya xəbərləri Materials 27 Fevral 2024 23:14 (UTC +04:00)
"Sony"nin "PlayStation" konsolları üzrə bölməsi 900 işçini ixtisar edəcək

Bakı. Trend:

"PlayStation" oyun konsolları istehsal edən "Sony Interactive Entertainment" şirkəti 900 nəfəri, yəni işçilərinin 8 faizini ixtisar etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə şirkətin baş icraçı direktoru Cim Rayan deyib.

O bildirib ki, rəhbərlik dəyişən iqtisadi mənzərə səbəbindən iş yerlərinin ixtisarı da daxil olmaqla, biznesin yenidən qurulması üçün "son dərəcə çətin" qərar qəbul etdi.

"Sony Group"un törəmə şirkəti olan "Sony Interactive Entertainment" şirkətindən verilən açıqlamaya görə, ixtisarlar onun bütün dünya üzrə işçilərinə təsir edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti