Bakı. Trend:
NATO liderləri növbəti iclasını 2025-ci ilin iyununda Niderlandın Haaqa şəhərində keçirəcəklər.
Trend-in məlumatına görə, bu barədə Şimali Atlantika Alyansının Vaşinqtonda keçirilən sammitinin yekun bəyannaməsində bildirilib.
"2025-ci ilin iyununda Niderlandın Haaqa şəhərində, sonra isə Türkiyədə keçiriləcək növbəti sammitimizdə yenidən görüşməyi gözləyirik", - deyə Vaşinqtonda NATO ölkələrinin dövlət və hökumət başçıları tərəfindən təsdiq edilmiş sənəddə qeyd edilib.