...

Gürcüstanın MSK və siyasi partiya nümayəndələri Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri müzakirə edəcək

Dünya xəbərləri Materials 4 Avqust 2006 15:42 (UTC +04:00)

Gürcüstanın MSK və siyasi partiya nümayəndələri seminarda Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri müzakirə edəcək.

Trend in Novosti-Qruziya-ya istinadən xəbər verdiyi kimi, seminar avqustun 4-6-da Kobuletidə (Acarıstan) keçiriləcək. Bu barədə Black Sea Press agentliyinə Gürcüstan MSK-nın mətbuat mərkəzindən məlumat verilib.

Bundan başqa, MSK sədri Quram Çalaqaşvili iştirakçılara seçicilərin vahid siyahısının formalaşması prosesi barədə də məlumat verəcək.

Seminarda "Vahid Milli Hərəkat" hakim partiyası (lider - Mixail Saakaşvili), "Yeni sağçılar" (lider - David Qamkrelidze), "Sənaye Gürcüstanı xilas edəcək" siyasi hərəkat (lider - Georgi Topadze), Gürcüstan Leyborist partiyası (lider - Şalva Natelaşvili), Gürcüstan Milli-Demokrat partiyası (lider - Baçuki Kardava), Gürcüstan Respublika Partiyası (lider - David Usupaşvili), "Gürcüstan yolu" partiyası (lider - Salome Zurabişvili), "Azadlıq" siyasi hərəkatı (lider - Konstantin Qamsaxurdia) və Gürcüstan Konservativ partiyasının (lider - Koba Davitaşvili) nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti