...

Ceyranbatan Su Anbarı ərazisində yanğın baş verib

Hadisə Materials 1 İyun 2007 11:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bakı-Sumqayıt şosse yolunun kənarında yerləşən Ceyranbatan Su Anbarı ərazisində 200 kvadrat metrlik otlaq sahəsində dünən günorta saatlarında yanğın baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü bildiriblər ki, hadisəyə səbəb avtomobildən atılan söndürülməmiş siqaret kötüyü olub. Nazirliyin Xırdalan Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşə mühafizəçilərinin səyi və çağırışa gəlmiş Abşeron rayon Yanğınsöndürmə Stansiyası əməkdaşlarının köməyi sayəsində meşənin 70 metrliyində yanğın tamamilə söndürülüb.

Nazirlik havaların isti keçməsi, istirahət mövsümünün yaxınlaşması ilə əlaqədar ölkə əhalisini diqqətli olmağa, torpaqqoruyucu, susaxlayıcı xüsusiyyətə malik meşələrimizi qorumağa çağırır.

Ceyranbatan Su Anbarı paytaxt Bakıdan 20 kilometr aralıda yerləşir.

Xəbər lenti

Xəbər lenti