...

ABŞ Azərbaycan və Ermənistan arasında dialoqun asanlaşdırılmasında istənilən mümkün rolu oynamağa hazırdır - Dövlət Departamenti

Siyasət Materials 8 Aprel 2024 22:04 (UTC +04:00)
ABŞ Azərbaycan və Ermənistan arasında dialoqun asanlaşdırılmasında istənilən mümkün rolu oynamağa hazırdır - Dövlət Departamenti
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Azərbaycan və Ermənistan arasında dialoqun asanlaşdırılmasında istənilən mümkün rolu oynamağa hazırdır.

Trend-in bazar ertəsi verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ABŞ bu problemi həll etməyin yolunun danışıqlar masasında olduğunu açıq şəkildə bildirib.

“Mən qarşıdan gələn görüşlər barədə danışmaq istəmirəm, lakin biz həmişə dialoqu alqışladığımızı açıq şəkildə bildirmişik. Dövlət katibi Ermənistan və Azərbaycan liderləri ilə danışanda açıq şəkildə bildirdi ki, onlar arasında dialoq olmalıdır. Biz bu dialoqun asanlaşdırılmasında istənilən mümkün rolu oynamağa hazırıq, amma qarşıdan gələn konkret görüşləri açıqlamaq istəmirəm”, - deyə Miller əlavə edib.

Qeyd edək ki, 2023-cü ilin dekabrında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen bildirib ki, dövlət katibi Antoni Blinken sülh sazişi üzrə danışıqlar aparmaq üçün tezliklə xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı Vaşinqtonda qəbul etməyə ümid edir.

Bu gün Ermənistan sülh müqaviləsi ilə bağlı təkliflərinin yeni redaksiyasını Bakıya təqdim etdiyini bəyan edib.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın sözlərinə görə, söhbət sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərin 8-ci redaksiyasından gedir.

Xatırladaq ki, Ermənistan bundan əvvəl 2024-cü il yanvarın 4-də sülh müqaviləsinin mətninin öz versiyasını Azərbaycana göndərmişdi. Fevralda Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı əlavə təkliflər alıb. Sülh müqaviləsinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır.

Xəbər lenti

Xəbər lenti