...

Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcək

Siyasət Materials 5 Oktyabr 2024 14:43 (UTC +04:00)
Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcək
Elçin Mirzəbəyli
Elçin Mirzəbəyli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun başçılıq etdiyi geniş nümayəndə heyəti 2024-cü oktyabrın 6-da Qazaxıstan Respublikasında keçiriləcək referendumu müşahidə etmək məqsədilə bu ölkəyə səfər edib.

MSK-dan Trend-ə verilən məlumata görə, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun dəvətinə əsasən reallaşdırılan səfər çərçivəsində M.Pənahovun Qazaxıstanlı həmkarı ilə yanaşı, digər rəsmi şəxslər, eləcə də referendumun müşahidəsinə qatılan təşkilatlar və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə görüşlər keçirməsi, seçkilərə bağlı müxtəlif istiqamətlərdə əlaqələrin inkişaf perspektivləri, əməkdaşlıq imkanları və qarşılıqlı maraq kəsb edən məsələlərlə ətrafında müzakirələr aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təmsilçiləri, həmçinin Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyi müşahidə missiyalarının tərkibində də sözügedən referendumun izlənilməsində iştirak edirlər.

Mərkəzi Seçki Komissiyasının nümayəndələri səsvermə günü Qazaxıstan paytaxtında və bölgələrdə yerləşən məntəqələrdə müşahidə aparacaqlar.

Xəbər lenti

Xəbər lenti