...

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xəzər rayonunda tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 1 İyun 2015 19:10 (UTC +04:00)
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xəzər rayonunda tədbir keçirilmişdir.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xəzər rayonunda tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 1 iyun /Trend/

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki Heydər Əliyev adına istirahət parkında Xəzər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə açıq havada tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə millət vəkili R.Əliyev, RİH başçısının müavini A.Balayev, RİHB Aparatının şöbə müdirləri və 200-dən çox uşaq iştirak edib.

Tədbirdə çıxış edənlər dövlətimiz tərəfindən uşaqlara göstərilən qayğıdan danışıb, qonaqlar uşaqları bayram münasibətilə təbrik ediblər.

Daha sonra uşaqların ifasında mahnılar səslənib, şeir deyilib və rəqs nömrələri təqdim olunub.

Tədbir tanınmış sənət adamlarının ifası ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti