...

Sabah Xaçmazda qaz kəsiləcək

Cəmiyyət Materials 3 Mart 2024 14:20 (UTC +04:00)
Sabah Xaçmazda qaz kəsiləcək

Bakı. Trend:

Xaçmaz rayonu, Çarxı kəndi istiqamətində istismarda olan PE dm 315 mm-lik yeraltı qaz xəttində “Təmiz qaz” QSC xidməti tərəfindən aşkar edilmiş qaz sızmalarının ləğvi ilə əlaqədar olaraq 04.03.2024-cü il 09:30-da qaz təchizatı dayandırılması planlaşdırılır.

Bu barədə Trend-ə “Azəriqaz” İB-dən bildirilib.

Təmir işləri aparılan müddətdə Xaçmaz rayon mərkəzinin bir hissəsi və rayonun 20 kəndinin qaz təminatında müvəqqəti fasilə yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti