...

"Miss Top Model Azerbaijan-2017"-nin ilk kastinqləri keçirilib (FOTO)

Mədəniyyət Materials 13 Dekabr 2016 18:41 (UTC +04:00)
Bakıda - milli top model müsabiqəsi olan "Miss Top Model Azerbaijan-2017"-nin ilk kastinqləri keçirilib.
"Miss Top Model Azerbaijan-2017"-nin ilk kastinqləri keçirilib (FOTO)

Bakı. Trend:

Bakıda - milli top model müsabiqəsi olan "Miss Top Model Azerbaijan-2017"-nin ilk kastinqləri keçirilib.

Trend-in məlumatına görə, ilk kastinq dənizkənarı parkda yerləşən "Switch Venezia" restoranında keçirilib, ikinci seçim turu isə klub şəraitində, Badamdar oteldə - "Jazzy House - The Tower"-da baş tutub.

Münsiflər heyyətinin üzvləri arasında Azərbaycanın tanınmış simalarını - aktyor və aparıcı Şəhriyar Əbilov, "Design Studio of Lyaman Askerova"-nın yaradıcısı Ləman Əsgərova, modelyer Günay Mirzə, "Azərbaycanın Səsi" jurnalının baş redaktoru Amil Abbasov, məşhur fotomodel Ramina Abbasova, "II Vice Miss Azerbaijan-2016" Günel Məmmədova, vizaj ustası Natalya İsmayılova və müsabiqənin xoreoqrafı Arif İslamovu görmək olardı.

20 namizəddən növbəti mərhələyə yalnız 9-u keçib.

Növbəti seçim turunun tarixi yaxın günlərdə elan olunacaq. Siz müsabiqədə iştrak etmək istəyirsiniz? Dərhal, vaxt itirmədən anketi doldurun və ərizənizi göndərin: http://www.misstopmodel.az/form

Əlaqə üçun: (012) 538 54 09, (070) 220 01 74, (050) 200 83 00, (051) 465 44 13.

Facebook: https://www.facebook.com/misstopmodel.az

Instagram: https://instagram.com/misstopmodel.az

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti