...

Bakıda "Broadway" stilində ilk müzikl tamaşası - Kastinq elan edilib

Mədəniyyət Materials 1 İyun 2018 22:37 (UTC +04:00)
Yeni Broadway stilində müzikl tamaşası üçün rəqqas, aktyor və müğənnilər axtarılır.
Bakıda "Broadway" stilində ilk müzikl tamaşası - Kastinq elan edilib

Bakı. Trend:

Bakıda ilk Broadway stilində müzikl tamaşası keçiriləcək. Trend-in məlumatına görə, müziklın müəllifi və rejissor Əziz Əzizovdur.

Xoreoqraf Paul Gordon Emerson (ABŞ), Philip Baraoidan (ABŞ) və Əziz Əzizov (AZ), Musiqi Direktoru Amikaeyla Gaston (ABŞ).

Dünya Premyerası 22 Sentyabr 2018 ci il Heydər Əliyev Sarayında.

Azərbaycan Rəqs Assosiasiyası, Azərbaycandakı Amerika Birləşmiş Ştatlarının səfirliyi ilə birgə Əziz Əzizovun yazdığı və rejissorluq etdiyi müzikl tamaşasının Dünya Premyerası üçün artistlərin kastinqi elan edir.

Tamaşa üçün rəqqaslar, aktyorlar və müğənnilər axtarılır.

Seçimlər keçiriləcək:

Rəqqaslar:

Tarix: 12 İyun 2018 ci il, 11:00 – 18:00

Ünvan: Azərbaycan, Bakı, İstiqlaliyyət küç 31A

Tələblər: rəqqaslar 16 yaşdan 30 yaşa qədər olmalı

Məşqlər: 12 İyun – 23 İyun 2018 ci il Amerika artistlərinin rəhbərliyi altında, yay boyunca isə cənab Əzizov ilə keçiriləcək.

Müğənnilər:

Tarix: 19 İyun 2018 ci il, 11:00 – 18:00

Ünvan: Azərbaycan, Bakı, İstiqlaliyyət küç 31A

Tələblər: Əvvəlki VOKAL təlimli. Dinləmədə, vokalistin seçimində hazırlanmış mahnı Broadway bacarıqlarını əks etdirən olmalıdı.

Məşqlər: 19 İyun– 23 İyun və təşkilatçılar tərəfindən tələb olunan əlavə məşqlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti