...

Şəmkirdə narkokuryerlər saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 5 Dekabr 2022 11:01 (UTC +04:00)
Şəmkirdə narkokuryerlər saxlanılıb (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam respublikasından qeyri-qanuni yolla Şəmkir rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri Elşad İbrahimov və Nurəddin Hüseynov rayon ərazisində gizlədilən narkotik vasitəni 12000 manat pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin Gürcüstan Respublikası ilə sərhəd rayonlarına aparmağa razılaşıblar.

Həmin şəxslər saxlanılaraq Polis Şöbəsinə gətirilən zaman əllərindəki qara rəngli çantadan qara bazarda təqribi qiyməti yarım milyon ABŞ dollarına yaxın olan 8 kq 122 qram heroin, 2 kq 297 qram tiryək, 111 qram psixotrop maddə olan metamfetamin və 300 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində E.İbrahimovun daha əvvəllər də iranlı vətəndaşla cinayət əlaqəsinə girərək kiçik həcmdə narkotik transferi etməsi məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti