...

Silahlı Qüvvələrimizin nümayəndələri NATO qərargah zabitləri üçün keçirilən kursda iştirak edəcəklər

Siyasət Materials 8 Noyabr 2014 10:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Trend Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, noyabrın 10-dan 14-dək Oberammerqau şəhərində (Almaniya) Silahlara nəzarət - Vyana sənədinə uyğunluq və verifikasiya üzrə kurs, Vışkov şəhərində (Çexiya) "Kimyəvi, Bioloji, Reaktiv, Nüvə hadisələri nəticəsində əmələ gəlmiş böhranların idarə edilməsi" kursu keçiriləcək.

Bununla yanaşı, Kungsangen şəhərində (İsveç) Təcrübələrin öyrənilməsi üzrə NATO qərargah zabitləri üçün kurs, noyabrın 10-dan 21-dək isə Ankara şəhərində (Türkiyə) "Silahlı Münaqişə Hüququ" kurs təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti