Bakı. Trend:
Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Trend xəbər verir ki, sənədə aşağıdakı dəyişikliklər edilib:
1. Mətni 1-ci hissə hesab edilsin, həmin hissədə “birləşdirilərkən, ayrılarkən, yenidən təşkil edilərkən” sözləri “yenidən təşkil edilərkən (birləşdirilərkən, ayrılarkən)” sözləri ilə əvəz edilsin və həmin hissəyə “xüsusiyyətlər,” sözündən sonra “habelə “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq” sözləri əlavə edilib.
2. Aşağıdakı məzmunda 2-ci və 3-cü hissələr əlavə edilib:
“2. Təşkil və ya yenidən təşkil nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir.
3. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulan ev təsərrüfatlarının uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılır.”.
Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Prezidentin fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, müəyyən edilib ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
həmin Qanunun 13-cü maddəsinin 3-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 3-cü hissəsinə uyğun olaraq, ev təsərrüfatlarının uçotu qaydasını on beş gün müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 424 (Cild I) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.2–3.6-cı bəndlərdə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilsin;
aşağıdakı məzmunda 3.2-1-ci və 3.2-2-ci bəndlər əlavə edilsin:
“3.2-1. həmin Qanunun 13-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
3.2-2. həmin Qanunun 13-cü maddəsinin 3-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”.