...

Enn Dersi: Azərbaycan terrorla qlobal mübarizədə ABŞ-ın sadiq müttəfiqidir

Siyasət Materials 11 Sentyabr 2006 19:04 (UTC +04:00)
Enn Dersi: Azərbaycan terrorla qlobal mübarizədə ABŞ-ın sadiq müttəfiqidir

5 il bundan əvvəl terroru sivilizasiya ilə üz-üzə qoymaq cəhdi edilidi. Bunun üçün sülhsevər dindən istifadə etmək istəsələr də, bu cəhd baş tutmadı. Trend in xəbər verdiyi kimi, bu barədə 11 sentyabr qurbanlarının xatirəsinə təşkil olunmuş mərasimdə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib.

O qeyd edib ki, bu hadislər 3 minədək dinc vətəndaşın ölümünə səbəb olub.

"Ancaq bu hadisələr müxtəlif dinlərin nümayəndələrini daha da yaxınlaşdırdı. Bu qlobal mübarizədə Azərbaycan ABŞ-ın sadiq müttəfiqlərindən biri olub. Buna görə də ABŞ hökuməti Azərbaycana minnətdardır",- deyə diplomat qeyd edib.

A.Ders əlavə edib ki, bu hadisələrdən sonra bütün dünyəvi dövlətlər terrorla mübarizədə səylərini birləşdirdi. Yeni terror aktlarının törədilməsi cəhdlərinin qarşısı alındı və bu fəaliyyət bundan sonra da davam edəcək", - deyə səfir bildirib.

Xəbər lenti

Xəbər lenti