...

"Azərbaycan bayrağı" ordeni almış qəhrəmana həsr olunmuş "Əsgər" filminin təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 17 İyun 2010 18:23 (UTC +04:00)
Trend-in məlumatına görə, film Qarabağ müharibəsində öz qəhrəmanlığı və şücaəti ilə fərqlənmiş İbad Hüseynova həsr olunub.
"Azərbaycan bayrağı" ordeni almış qəhrəmana həsr olunmuş "Əsgər" filminin təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir M.Əliyev/

"Azərbaycan bayrağı" ordeni almış qəhrəmana həsr olunmuş "Əsgər" filminin təqdimatı keçirilib.

Trend-in məlumatına görə, film Qarabağ müharibəsində öz qəhrəmanlığı və şücaəti ilə fərqlənmiş İbad Hüseynova həsr olunub.

Tədbirdə çıxış edən "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov Azərbaycan xalqının İbad Hüseynov kimi igid oğullarının, qəhrəmanlarının çox olduğunu bildirib və qeyd edib ki, bu qəhrəmanların hər biri döyüşlər zamanı ölümlə üz-üzə dayanıblar.

"Biz İbad Hüseynov kimi oğulların qarşısında baş əyməliyik", - Səfərov vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva deyib ki, İbad Hüseynovun simasında torpağı, vətəni uğrunda canını qurban verməyə hazır olan, əməldə vətənə görə həyatını riskə atan insanları görürük.

Paşayeva vurğulayıb ki, Hüseynov Azərbaycan gəncləri üçün bir nümunədir.

"O, hətta Sovet imperiyası vaxtında ordu sıralarında olarkən Azərbaycana edilən təcavüzə qarşı öz səsini ucaldıb. Bu film bugunkü və gələcək nəsillərə vətəni necə sevmək lazım olduğunu, vətən uğrunda ölməyə hazır olmağı görmək üçün lazımdır", - millət vəkili deyib.

Millət vəkili Qarabağ müharibəsinin iştirakçısı olmuş qəhrəmanlarla gənclərin görüşünün mütəmadi keçirilməsinin vacib olduğunu bildirib.

Millət vəkili Həvva Məmmədova deyib ki, İbad hüseynov anadan qəhrəman kimi doğulub.

"Mən qürur duyuram ki, bizim İbad hüseynov kimi qəhrəman oğullarımız var", - Məmmədova deyib.

Millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, İbad Hüseynov erməni təcavüzü qarşısında dayanan insanlardandır.

"Düşmən bilməlidir ki, istənilən savaşda Azərbaycan düşmən qarşısına İbad Hüseynov kimi oğullar çıxartmağa qadirdir. Belə filmlərin çəkilməsi və nümayişi olduqca vacibdir", - Mirzəzadə vurğulayıb.

Filmin rejissoru Etibar Məmmədovdur.

Xəbər lenti

Xəbər lenti