...

Azərbaycan Ali Məhkəməsi bloggerlər barəsində məhkəmə hökmünü qüvvədə saxlayıb

Cəmiyyət Materials 19 Avqust 2010 15:35 (UTC +04:00)
Vəkil İsaxan Aşurov cümə axşamı Trend-ə bildirib ki, Ali Məhkəmə bloggerlər Emin Milli və Adnan Hacızadənin barələrində çıxardığı hökmdən verdikləri kassasiya şikayətini təmin etməyib.
Azərbaycan Ali Məhkəməsi bloggerlər barəsində məhkəmə hökmünü qüvvədə saxlayıb

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ali Məhkəməsi bloggerlərin barəsində məhkəmə hökmünü qüvvədə saxlayıb.

Vəkil İsaxan Aşurov cümə axşamı Trend-ə bildirib ki, Ali Məhkəmə bloggerlər Emin Milli və Adnan Hacızadə barələrində çıxardığı hökmdən verdikləri kassasiya şikayətini təmin etməyib.

Emin Milli və Adnan Hacızadə Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərərvurma (127.2.3) və xuliqanlıq (221.2.1) maddələri üzrə təqsirli bilinirlər. Səbail Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bakı Apelyasiya Məhkəməsi də Səbail Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Xəbər lenti

Xəbər lenti