Bakı. Trend:
SOCAR Özbəkistanın Qaşqadərya vilayətində kimyəvi məhsul və neft-qaz avadanlığı istehsal edən müəssisə inşa edəcək.
Trend xəbər verir ki, müvafiq plan "Uzbekneftgaz" Səhmdar Cəmiyyətinin SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutuna işgüzar səfəri zamanı müzakirə olunub.
"Uzbekneftgaz" şirkətinin işgüzar qrupunun üzvləri səfər çərçivəsində qazma və tamponaj məhlulları üzrə beynəlxalq sertifikat əsasında akkreditasiya olunmuş sınaq laboratoriyalarının fəaliyyəti ilə tanış olub.
"Uzbekneftgaz"ın məlumatlarına əsasən, müəssisələr müasir avadanlıqlarla təchiz olunub, "Neftqazelmitədqiqatlayihə" İnstitutu isə birgə layihə çərçivəsində isə SOCAR Özbəkistanda da bənzər müəssisə inşa etməyi planlaşdırır.
Bundan başqa, şirkətlər, həmçinin, quyuların əsaslı təmiri üçün avadanlığın hazırlanması, eləcə də, yataqların işlənməsi və qazma işlərində geniş istifadə olunan qazma və tamponaj məhlulları üçün komponentlərin anbara yığılması və bölüşdürülməsi üzrə xidmətlərin göstərilməsi məsələlərini nəzərdən keçirəcək.
Danışıqların yekunlarına əsasən, elmi infrastrukturun yaradılması üzrə layihənin icrasının növbəti mərhələləri ilə əlaqədar məsələlər razılaşdırılacaq.
(Tərcümə: Rəna Əbdürəhmanova)