...

bp 2050-ci ilədək sıfır tullantı səviyyəsinə nail olmağa çalışır - Bəxtiyar Aslanbəyli

Energetika Materials 30 Noyabr 2023 17:40 (UTC +04:00)
bp 2050-ci ilədək sıfır tullantı səviyyəsinə nail olmağa çalışır - Bəxtiyar Aslanbəyli
Aydan Məmmədova
Aydan Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

bp şirkəti 2050-ci ilədək sıfır tullantı səviyyəsinə nail olmağa çalışır.

Trend xəbər verir ki, bunu bp-nin Yaxın Şərq və Xəzər Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən "Sənaye Təhlükəsizliyi Zirvəs"ində (STZ2023) deyib.

"bp 2050-ci ilədək və ya hətta daha əvvəl sıfır tullantı səviyyəsi olan şirkət olmağa çalışır və bu məqsədə nail olmaq üçün öz strateji yanaşmasını aktiv şəkildə nəzərdən keçirir", - deyə o vurğulayıb.

bp nümayəndəsi qeyd edib ki, ənənəvi neft-qaz sektorunda iştirakdan tam imtina etmək əvəzinə, şirkət tullantıları mühüm dərəcədə azaltmaqla əsas diqqəti neft və qaz hasilatına yönəltməyi planlaşdırır.

"bp bu transformasiya çərçivəsində 2030-cu ilədək neft-qaz sektorunun inkişafı üçün 9 milyard ABŞ dollarına yaxın kapitalqoyma planları müəyyən edib", - deyə Aslanbəyli əlavə edib.

Qeyd edək ki, bu gün Bakıda keçirilən "Sənaye Təhlükəsizliyi Zirvəsi" Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunub və ölkədə ilk dəfə olaraq Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun (AzDƏMTTETİ) birgə təşkilatçılığı ilə keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti