...

COP29 çərçivəsində “Gənc liderlik” forumu keçirilib

Yaşıl iqtisadiyyat Materials 11 Noyabr 2024 12:26 (UTC +04:00)
COP29 çərçivəsində “Gənc liderlik” forumu keçirilib
Aydan Məmmədova
Aydan Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Gənc Məruzəçilər Akademiyası (YNA) tərəfindən “Gənc liderlər forumu” təşkil olunub.

Trend xəbər verir ki, “YNA-nın COP29 Gənc Liderlik Forumu” müxtəlif yanaşmaların qarşılıqlı əlaqəsini, təsirlərini və bir-birini necə tamamladığını öyrənərək, nəsillərarası ədaləti təmin etmək və qlobal iqlim siyasətini yönləndirmək üçün müzakirələr, təşviqat, lobbiçilik, birbaşa fəaliyyət və digər sahələrdə fəaliyyət göstərən ən önəmli gənc iqlim liderlərini bir araya gətirib.

Tədbirdə ekoloji hüquq müdafiəçisi Enhun Biyambadorj, Fələstin gənclərini COP29-da təmsil edən Məhəmməd Usrof, BMT-nin İqlim və ətraf mühit üzrə gənclərinin nümayəndəsi Siqurt Seindal Krabbe, Uqandada fəaliyyət göstərən “Yaxşı Həyat” beynəlxalq təşkilatının icraçı direktoru Denis Akampurura və digər gənclər çıxış edərək iqlim dəyişiklikləri ilə bağlı mübarizə yollarından danışıblar. Müzakirədə gənclərin səslərinin harada, necə və hansı şəkildə ən təsirli formada eşitdirə biləcəyi və uğurla iqlim tədbirləri həyata keçirilməsi imkanları araşdırılıb.

Nəzərə çatdırılıb ki, iqlim dəyişikliyinin qarşısını almaq və sıfır emissiyaya nail olmaq üçün gənclər fəal olmalı və problemi beynəlxalq təşkilatlar, milli hökumətlər qaşşısında qaldırmalıdırlar.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti