Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Müdafiə Nazirliyinin Murovdağdakı N saylı hərbi hissəsində silahlı insident zamanı Milli Ordunun 7 əsgəri ölüb.
Hərbi mənbədən bazar ertəsi Trend-ə bildiriblər ki, fevralın 20-si səhər 09:00 radələrində hərbi hissənin əsgəri xidməti silahı ilə digər əsgər yoldaşlarını öldürüb. Məlumata görə, silahlı insident zamanı həmin əsgərin özü də ölüb.
Hazırda hadisə yerində prokurorluq orqanlarının əməkdaşları hadisənin başvermə səbəbini araşdırır.
Hadisə ilə bağlı hələlik Müdafiə Nazirliyi rəsmi məlumat yaymayıb.