...

Polşanın eks-prezidenti Aleksandr Kvasnevski Tbilisiyə gəlib

Siyasət Materials 15 May 2010 13:36 (UTC +04:00)
Polşanın eks-prezidenti Aleksandr Kvasnevski Tbilisiyə gəlib.
Polşanın eks-prezidenti Aleksandr Kvasnevski Tbilisiyə gəlib

Gürcüstan, Tbilisi, 15 may /Trend, müxbir N.Kirsxaliya/

Polşanın eks-prezidenti Aleksandr Kvasnevski Tbilisiyə gəlib. Gürcüstan Dövlət Dəftərxanasından Trend-ə verilən məlumata görə, o, artıq Baş nazirin müavini, reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili ilə bağlı qapılar arxasında görüş keçirib.

Dövlət Dəftərxanasından Kvasnevskinin səfərini "dostluq" səfəri adlandırıblar. Öz növbəsində o, Gürcüstandakı demokratik islahatları və Aİ-nin genişlənmə siyasətini dəstəklədiyini bəyan edib.

Bu gün Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze, günün sonunda isə Prezident Mixail Saakaşvili ilə də görüşlər planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti