...

İskəndərun limanında zəlzələ nəticəsində aşan konteynerlər yanır

Cəmiyyət Materials 7 Fevral 2023 10:20 (UTC +04:00)
İskəndərun limanında zəlzələ nəticəsində aşan konteynerlər yanır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə dünən baş verən zəlzələdən sonra İskəndərun limanında aşan konteynerlərdəki yanğın davam edir.

Trend Türkiyə KİV-nə istinadən xəbər verir ki, mərkəzləri Kahramanmaraşda olan və 10 vilayətdə baş verən zəlzələlər zamanı naməlum səbəbdən konteynerlərdəki yanğın gecəboyu davam edib.

Ətraf mühitə sıçrayaraq böyüyən yanğından yüksələn tüstü İskəndərunun bir çox nöqtəsindən görünür.

Hazırda yanğını söndürmək istiqamətində işlər aparılır.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 2921-ə çatıb, daha 15 834 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti