...

Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi və UNFPA arasında birgə layihələrin həyata keçirilməsi müzakirə edilib

Siyasət Materials 9 May 2014 16:06 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) direktoru Əşrəf Şıxəliyev BMT-nin Əhali Fondunun (UNFPA) Regional Direktoru Heimo Laakkonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi və UNFPA arasında birgə layihələrin həyata keçirilməsi müzakirə edilib

Azərbaycan, Bakı, 9 may /Trend/

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) direktoru Əşrəf Şıxəliyev BMT-nin Əhali Fondunun (UNFPA) Regional Direktoru Heimo Laakkonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflər arasında AIDA və UNFPA-nın əsas fəaliyyət istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb, qurumlar arasında gələcək əməkdaşlıq imkanları araşdırılmış və birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti