...

Koreyada AIDA-nın təqdimatı keçirildi (FOTO)

Siyasət Materials 5 Noyabr 2014 17:26 (UTC +04:00)
Koreyada beynəlxalq tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) təqdimatı keçirilib.
Koreyada AIDA-nın təqdimatı keçirildi (FOTO)

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Koreyada beynəlxalq tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) təqdimatı keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 6-7 noyabr 2014-cü il tarixlərində Seulda keçiriləcək "Səmərəli inkişaf naminə qlobal tərəfdaşlıq" adlı konfransa hazırlıq məqsədilə cari ilin 3-5 noyabr tarixlərində Koreyanın Seonqnam şəhərində təşkil olunmuş eyniadlı seminarda iştirak edən AIDA-nın əməkdaşı Etibar Kərimov Agentliyin fəaliyyəti ilə əlaqədar təqdimatla çıxış edib.

Çıxış zamanı Agentlik tərəfindən dünyanın müxtəlif ölkələrində həyata keçirilən layihələr barədə verilmiş məlumat iştirakçılar tərəfindən maraqla qarşılanıb. Belə ki, donor ölkəsinə çevrilmək niyyətində olan dövlətlər üçün AIDA təcrübəsinin faydalı ola biləcəyini nəzərə alaraq, tədbir təşkilatçıları bu sahədə təcrübə mübadiləsinin aparılmasını təklif ediblər.

Məlumat üçün bildirək ki, Koreyanın Xarici İşlər Nazirliyi, Koreya Beynəlxalq İnkişaf Agentliyi, BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqının təşəbbüsü ilə təşkil olunan tədbirdə dünyanın 100-ə yaxın ölkəsi və 10-dan çox beynəlxalq təşkilatın nümayəndələri iştirak edirlər. Tədbirin keçirilməsində əsas məqsəd beynəlxalq inkişaf sahəsində donor və yardım alan ölkələrin təcrübəsini bölüşmək və bunlar arasında əməkdaşlıq əlaqələrinin gücləndirməkdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti