...

AIDA rəhbəri: Azərbaycan dünyada yeni donor ölkəyə çevrilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 17 Dekabr 2015 11:56 (UTC +04:00)
İqtisadi inkişaf Azərbaycana donor ölkəyə çevrilməyə imkan verdi.
AIDA rəhbəri: Azərbaycan dünyada yeni donor ölkəyə çevrilib  (ƏLAVƏ OLUNUB)

Bakı. Səba Ağayeva - Trend:

İqtisadi inkişaf Azərbaycana donor ölkəyə çevrilməyə imkan verdi. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyi yanında Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəhbəri Əşrəf Şıxəliyev deyib.

Ə.Şixəliyev ilin yekunları üzrə mətbuat konfransında bildirib ki, Azərbaycanın fövqəladə hallarla üzləşən ölkələrə humanitar yardım göstərilməsi ilə əlaqədar əməliyyatlarda fəal iştirakı və töhfəsi bunu təsdiq edir: "Bu fakt ölkənin beynəlxalq arenada yeni donor ölkə kimi artan təsirinin göstəricisidir".

Onun sözlərinə görə, AIDA yarandığı dövrdən xarici ölkələrə yardım göstərilməsində əməkdaşlıq, səmərəlilik, şəffaflıq və bərabarhüquqluluq prinsiplərinə arxalanaraq fəaliyyətini iki əsas istiqamət üzrə təşkil edir ki, bunlar da humanitar yardımın göstərilməsi və beynəlxalq inkişafa köməkdir: "AIDA "Minilliyin inkişafı məqsədləri"ni əldə rəhbər tutaraq yoxsulluğun səviyyəsinin azaldılması, elmin, mədəniyyətin və səhiyyənin inkişafı, informasiya-kommunakasiya texnologiyalarının daha geniş tətbiqi, enerji resurslarının səmərəli istifadə edilməsi, müxtəlif təqaüd proqramlarının təşkili, digər humanitar və texniki layihələrin reallaşdırılması sahələrində ikitərəfli və çoxtərəfli əməkdaşlıq əsasında inkişaf edən ölkələrə dəstək verir".

Ə.Şıxəliyev qeyd edib ki, bu günədək dünyanın 30-dan artıq ölkəsi bu proqramlardan istifadə edib: "Azərbaycanın xarici ölkələrə yardım göstərməsinin məqsədi siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsidir. Bununla da AIDA dünyada sülh, təhlükəsizlik və çiçəklənmənin təmin edilməsinə, Azərbaycanın xarici siyasət prioritetlərinin reallaşdırılmasına xidmət edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti