...

AİDA rəhbəri BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun Məşvərət Qrupunun növbəti görüşündə iştirak edib

Siyasət Materials 23 Mart 2016 21:34 (UTC +04:00)
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev 21-22 mart tarixlərində Nyu Yorkda BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (CERF) Məşvərət Qrupunun növbəti görüşündə iştirak edib.
AİDA rəhbəri BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun Məşvərət Qrupunun növbəti görüşündə iştirak edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev 21-22 mart tarixlərində Nyu Yorkda BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (CERF) Məşvərət Qrupunun növbəti görüşündə iştirak edib.

Sözügedən görüşdə iştirak etmiş BMT Baş Katibi Pan Gi Mun Məşvərət Qrupu üzvləri ilə fikir mübadiləsi aparmışdır.

CERF Məşvərət Qrupunun üzvləri Dünya Humanitar Sammitinə hazırlıq prosesi, Fondun fəaliyyət strategiyası, həmçinin, CERF-ə donor vəsaitlərinin daha effektiv şəkildə cəlb edilməsi və bu vəsaitlərin istifadəsi məsələlərini nəzərdən keçirmiş və bu xüsusda müvafiq təkliflər hazırlamışdır.

Görüş zamanı həmçinin, Dünya Humanitar Sammiti Katibliyinin rəhbəri Antoin Qerard tərəfindən 23-24 may tarixlərində İstanbulda keçiriləcək Sammitə hazırlıq prosesinin gedişatı barədə brifinq keçirilmişdir.

AİDA rəhbəri 2015-ci ilin sentyabr ayında BMT Baş Katibi Pan Gi Mun tərəfindən sözügedən qrupa üzv təyin edilmişdir. Məşvərət Qrupu CERF-in idarəedilməsi ilə bağlı əsas məsələlərə dair BMT Baş Katibinə məsləhət vermə salahiyyətinə malikdir. Qrup üzvləri donor və yardım alan ölkələrin dövlət rəsmiləri, humanitar yardım agentliklərinin rəhbərləri və tanınmış ekspertlərdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti