...

İran səfiri Azərbaycanla sərhədlərin bağlanması barədə məlumatı uydurma adlandırıb

Siyasət Materials 4 Aprel 2007 16:09 (UTC +04:00)
İran səfiri Azərbaycanla sərhədlərin bağlanması barədə məlumatı uydurma adlandırıb

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/İran və Azərbaycan arasında sərhədlərin bağlanması barədə məlumat uydurmadır və həqiqətə uyğun deyil. Bu barədə Trend ə İranın Azərbaycandakı səfiri Nəsir Həmidi Zare KİV-in İran sərhədçiləri tərəfindən Azərbaycanla həmsərhəd rayonlarda vətəndaşlırın gediş və gəlişinə məhdudiyyət qoyulması ilə bağlı məlumatını şərh edərkən bəyan edib. Sərhədlər açıqdır və vətəndaşların sərbəst gediş-gəlişi üçün heç bir problem yoxdur, - deyə diplomat vurğulayıb.

Son zamanlar İran vətəndaşlarının Azərbaycana axınının artması məsələsini şərh edərkən səfir qeyd edib ki, bu, ABŞ-ın İrana mümkün hərbi aksiyalars öncəsi miqrasiya ilə heç cür əlaqədar deyil.

Diplomatın sözlərinə görə, iki ölkənin sərhədyanı rayonları sıx qohumluq əlaqələrinə malikdir və bayramlar vaxtı bir-birinə qonaq getmək adəti mövcuddur. Sərhədi keçmək arzusunda olanların axınının bu yaxınlarda artması keçən Novruz bayramı ilə əlaqədar idi.

Xəbər lenti

Xəbər lenti