...

Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin aksiyası çərçivəsində Benin və Çadda 1341 nəfər göz nuruna qovuşub

Cəmiyyət Materials 22 İyul 2014 18:15 (UTC +04:00)
Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) İslam İnkişaf Bankı ilə strateji əməkdaşlıq çərçivəsində “Qarşısı alına bilinən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının növbəti aksiyalarını cari ilin iyun ayında Benin və Çadda keçirmişdir.
Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin aksiyası çərçivəsində Benin və Çadda 1341 nəfər göz nuruna qovuşub

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) İslam İnkişaf Bankı ilə strateji əməkdaşlıq çərçivəsində "Qarşısı alına bilinən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə" kampaniyasının növbəti aksiyalarını cari ilin iyun ayında Benin və Çadda keçirmişdir.

XİN-dən Trend-ə verilən məlumata görə, aksiya çərçivəsində 506 nəfər Benində, 835 nəfər isə Çadda cərrahi əməliyyat olunaraq yenidən görmə qabiliyyətlərinə qovuşmuşlar. Ümumilikdə isə sözügedən humanitar aksiyalar zamanı görmə problemi olan 11.640 şəxs ödənişsiz əsasda müayinədən keçmişdir.

AIDA Agentliyinin iştirak etdiyi bu aksiya hər iki dövlətin hökuməti tərəfindən yüksək qiymətləndirilmiş və yerli kütləvi vasitələrində geniş işıqlandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti