...

Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı azadlığa buraxılıb

Cəmiyyət Materials 1 Sentyabr 2016 12:48 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Türkiyədə polisi təhqir etməkdə təqsirləndirilərək Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı Orxan Alagöz Abdulhəmid oğlunun ekstradiyasiya edilməsi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə qərar elan olunub.

Məhkəmə O.Alagözun Türkiyəyə ekstradisiya edilməməsi qərarını çıxarıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Türkiyə vətəndaşı O.Alagöz öz ölkəsində polisi təhqir etdiyi üçün axtarışa verilib. O, bu il Azərbaycanda həbs edilib. Türkiyə isə O.Alagözün ekstradisiya olunmasını tələb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti