Bakı. Trend:
Niderland yığması Qətərdə keçirilən 2022-ci il futbol üzrə dünya çempionatının qrup mərhələsinin matçında Seneqal millisini məğlub edib.
Trend-in məlumatına görə, Dohadakı “Əl Tumama” stadionunda keçirilən görüş 2:0 hesabı ilə başa çatıb.
Seneqalın heyətində PSJ-nin müdafiəçisi Abdu Diallo və "Nottinqem"in yarımmüdafiəçisi Şeyku Kuyate ikinci hissədə zədələnib. Hesabı 84-cü dəqiqədə yarımmüdafiəçi Kodi Qakpo açıb.
İkinci hissəyə əlavə olunan səkkizinci dəqiqədə yarımmüdafiəçi Devi Klassen komandasının üstünlüyünü artırıb.