...

DÇ-2022: Niderland və Seneqal dünya çempionatının pley-off mərhələsinə yüksəlib (VİDEO)

İdman Materials 29 Noyabr 2022 21:08 (UTC +04:00)
DÇ-2022: Niderland və Seneqal dünya çempionatının pley-off mərhələsinə yüksəlib (VİDEO)

Bakı. Trend:

Seneqal millisi dünya çempionatının qrup mərhələsinin son tur matçında Ekvador yığmasını 2:1 hesabı ilə məğlub edərək turnirin pley-off mərhələsinə yüksəlib.

Trend-in məlumatına görə, Seneqal yığmasının heyətində qolları İsmaila Sarr (44-cü dəqiqə, penalti) və Kalidu Kulibalinin (70) vurub.

A qrupunun digər oyununda Niderland yığması Qətər futbolçularını məğlub edərək (2:0) 1/8 finala yüksəlib. Qolları Kodi Qakpo (26-cı dəqiqə) və Frenki de Yonq (49) vurub.

A qrupunda Niderland yığması 7 xalla birinci, Seneqal 6 xalla ikinci, Ekvador komandası (4) üçüncü və Qətər millisi (0) dördüncü yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti