Bakı. Trend:
Futbol üzrə Afrika Millətlər Kubokunun qalibi bəlli olub.
Trend-in məlumatına görə, finalda Seneqal ilə ev sahibi Mərakeş üz-üzə gəlib.
Görüşün əsas vaxtı qolsuz heç-heçə ilə yekunlaşıb və əlavə 30 dəqiqə oynanılıb.
Bu hissənin 94-cü dəqiqəsində qol vuran Seneqal turnirin qalibi olub.
Misir kollektivini penaltilər seriyasında məğlub edən Nigeriya millisi üçüncü yerlə kifayətlənib.