...

CAS Seneqal millisinin apellyasiya şikayətini qeydə alıb

İdman Materials 25 Mart 2026 21:21 (UTC +04:00)
CAS Seneqal millisinin apellyasiya şikayətini qeydə alıb

Bakı. Trend:

İdman Arbitraj Məhkəməsi (CAS) Seneqal Futbol Federasiyasının milli komandanın 2026-cı il Afrika Millətlər Kubokunun finalındakı texniki məğlubiyyətinə qarşı apellyasiya şikayətini qeydə alıb.

Trend-in məlumatına görə, bu barədə CAS-ın mətbuat xidməti bildirib.

"CAS bu tip mübahisələri ixtisaslaşmış və müstəqil arbitrləri vasitəsilə həll etmək üçün çox yaxşı hazırlanıb. Komandaların və azarkeşlərin yekun qərarı mümkün qədər tez bilmək istədiklərini başa düşürük və bütün tərəflərin ədalətli məhkəmə araşdırması hüququna hörmətlə yanaşaraq arbitraj prosesinin mümkün qədər tez aparılmasını təmin edəcəyik", - deyə təşkilatın baş direktoru Metyu Rib bildirib.

Qeyd edək ki, Afrika Futbol Konfederasiyası (CAF) final matçında seneqallılara texniki məğlubiyyət verib və Mərakeş komandası turnirin qalibi elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti