...

AİDA nümayəndə heyəti Əddis-Əbəbədə keçirilmiş beynəlxalq konfransda iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2015 13:17 (UTC +04:00)
13-16 iyulda Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən “İnkişafın Maliyyələşdirilməsi üzrə Üçüncü Beynəlxalq Konfrans”da iştirak edib.
AİDA nümayəndə heyəti Əddis-Əbəbədə keçirilmiş beynəlxalq konfransda iştirak edib

Azərbaycan, Bakı, 16 iyul /Trend/

13-16 iyulda Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən "İnkişafın Maliyyələşdirilməsi üzrə Üçüncü Beynəlxalq Konfrans"da iştirak edib.

XİN-dən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Ə.Şıxəliyev Azərbaycanın siyasi-iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi nailiyyətləri, iqtisadiyyatın diversifikasiyı, özəl sektorun inkişafı, yoxsulluğun aradan qaldırılması, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr və digər vacib tədbirlər strateji tədbirlər haqqında məlumat verib. O, Azərbaycanın yeni donor ölkəsinə çevrildiyi və dünya miqyasında donorlar ailəsinə qoşulduğunu bildirərək, ölkəmizin Heydər Əliyev Fondu və AİDA vasitəsilə dünyanın müxtəlif ölkələrinə yardımlar göstərdiyini və bu yaxınlarda üç Afrika dövlətinə Ebola epidemiyası ilə mübarizəyə yardım etdiyini vurğulayıb.

Bu günədək Afrika, Latın Amerikası və Asiyanın 40-dan çox ölkəsinin AİDA-nın humanitar, maliyyə və texniki yardımlarından faydalandığı bildirilib. Həmçinin, ölkəmizin 20% ərazisinin Ermənistan tərəfindən işğal olunduğu və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Konfrans Efiopiya hökuməti və BMT baş katibliyinin birgə təşəbbüs və təşkilatçılığı ilə keçirilir. Konfransın keçirilməsində əsas məqsəd 2015-ci il sonrası inkişaf gündəliyinin həyata keçirilməsinə dəstəyin və töhfənin verilməsi üçün müzakirələrin aparılmasıdır. Tədbirdə dünya ölkələrinin dövlət nümayəndələri ilə yanaşı, bir çox inkişaf agentlikləri və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərləri iştirak edir. Eyni mövzuda ilk konfrans Meksikanın Monterrey şəhərində 18-22 mart 2002-ci il, ikinci konfrans isə Qətər Dövlətinin paytaxtı Dohada 29 noyabr-2 dekabr 2008-ci il tarixlərdə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti