...

AIDA tərəfindən neft-qaz sahəsi üzrə üçüncü təlim seminarı keçirilib

Energetika Materials 31 May 2013 18:59 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən neft-qaz sahəsi üzrə üçüncü təlim seminarı keçirilib.
AIDA tərəfindən neft-qaz sahəsi üzrə üçüncü təlim seminarı keçirilib

Azərbaycan, Bakı, 31 may /Trend/

Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən neft-qaz sahəsi üzrə üçüncü təlim seminarı keçirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, AIDA, Kolumbiya Prezidenti yanında Beynəlxalq Əməkdaşlıq Agentliyi, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Dövlət Neft Akademiyasının "Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya" Elmi Tədqiqat İnstitutu ilə birgə cari ilin 14-22 may tarixlərində "Neft mühəndisliyi və neftin emalı metodları üzrə innovasiyalar" mövzusunda üçüncü ixtisasartırma kursu təşkil edib.

Sözügedən ixtisasartırma kursunda Əlcəzair, Anqola, Kamerun, Çad, Kot D`İvuar, Misir, Liviya, Mavritaniya, Nigeriya, CAR və Sudan kimi neft-qaz sənayesinə malik Afrika ölkələrindən və Kolumbiyadan ümumilikdə 14 mütəxəssis iştirak edib.

İxtisasartırma kursu Azərbaycan və Kolumbiya arasında inkişaf etməkdə olan ölkələr üçün inkişafa yardım memorandumu əsasında birgə maliyyələşdirilərək təşkil edilib.

Belə ki, bu kurs Azərbaycan və adıçəkilən ölkələr arasında neft-qaz istehsalı sahəsi üzrə təcrübə və biliklərin mübadiləsinə geniş imkan yaradıb.

Tədbirin açılış mərasimində İƏT-in Departament direktoru, səfir Əhməd əl-Həddad çıxış edərək qurumun baş katibi Ekmələddin İhsanoğlunun müraciətini seminar iştirakçılarına çatdırıb.

Seminar iştirakçıları kursu bitirdikdən sonra sertifikatlarla təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti