Bakı. Trend:
Seneqal prezidenti Maki Sal prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfər edib.
Trend xəbər verir ki, görüş Prezident İqamətgahında baş tutub.
Səfər çərçivəsində Türkiyə ilə Seneqal arasında ikitərəfli münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək, əməkdaşlığın gücləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
Məlumata əsasən, görüşdə ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və qlobal məsələlər gündəmə gələcək.