...

Seneqalda iki avtobus toqquşub, çox sayda ölən və yaralanan var

Dünya xəbərləri Materials 8 Yanvar 2023 19:32 (UTC +04:00)
Seneqalda iki avtobus toqquşub, çox sayda ölən və yaralanan var

Bakı. Trend:

Seneqalda iki avtobus toqquşub, azı 38 nəfər ölüb, 87 nəfər yaralanıb.

Trend xarici KİV-lərə istinadla xəbər verir ki, hadisə paytaxt Dakardan 250 kilometr məsafədə yerləşən Kafrin şəhərində baş verib.

Yaralılar Kafrin xəstəxanasına yerləşdirilib.

Qəza ilə əlaqədar ölkədə üçgünlük matəm elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti