...

Seneqalda keçirilən etiraz aksiyası polis tərəfindən dağıdılıb

Dünya xəbərləri Materials 17 Fevral 2024 00:09 (UTC +04:00)
Seneqalda keçirilən etiraz aksiyası polis tərəfindən dağıdılıb

Bakı. Trend:

Seneqalın paytaxtı Dakarda polis müxalifətin nümayişini dağıdıb. Etiraz aksiyasının iştirakçıları prezident seçkilərinin tezliklə keçirilməsini tələb ediblər.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.

Təhlükəsizlik qüvvələrinin xüsusi vasitələrdən, o cümlədən gözyaşardıcı qazdan istifadə etdiyi qeyd edilib.

Mümkün itkilər barədə məlumat verilməyib.

Etiraz aksiyası Seneqalda prezident seçkilərinin bu il fevralın 25-dən dekabrın 15-nə təxirə salınması ilə bağlı parlament tərəfindən təsdiq edilmiş qanunun ləğvi ilə bağlı Konstitusiya Şurasının (KM) qərarından bir gün sonra başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti