...

Dünyada doğum səviyyəsi azalır - BMT

Dünya xəbərləri Materials 10 İyun 2025 09:21 (UTC +04:00)
Dünyada doğum səviyyəsi azalır - BMT
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən dərc olunan yeni hesabatda dünyada doğum səviyyəsində kəskin azalma tendensiyasının olduğu bildirilir. Dünyanın üçdə birini əhatə edən 14 ölkədə 14 min insanla keçirilən sorğuya əsasən, hər beş nəfərdən biri arzuladığı sayda övlad sahibi olmadığını və ya olmayacağını bildirib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Cənubi Koreya, İtaliya, Almaniya, Braziliya, Hindistan və Nigeriya kimi ölkələri əhatə edən araşdırma göstərir ki, ailə qurmağa və genişləndirməyə əsas maneə maliyyə çatışmazlığıdır. Respondentlərin 39%-i övlad sahibi ola bilməmələrinin əsas səbəbi kimi maddi çətinlikləri göstərib. Cənubi Koreyada bu rəqəm 58%, İsveçdə isə cəmi 19% təşkil edib.

Ümumilikdə, respondentlərin yalnız 12% -i sonsuzluğu səbəb kimi göstərib. Amma bu göstərici Tailand (19%), ABŞ (16%) və Hindistan (13%) kimi ölkələrdə daha yüksək olub.

UNFPA-nın icraçı direktoru Nataliya Kanem vurğulayıb ki, problem insanların övlad istəməməsində deyil, arzuladıqları ailəni qura bilməmələrindədir. O, bunun “əsl böhran” olduğunu bildirib.

Bu araşdırma UNFPA-nın əvvəlki yanaşmasından fərqli olaraq, aşağı doğum göstəricilərinə diqqətin artdığını göstərir. Agentlik bu tendensiyalara balanslı yanaşmanı tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti