...

AİDA və BMT İP arasında birgə layihələr müzakirə edilib

Siyasət Materials 28 Oktyabr 2014 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr/ Trend/

Azərbaycanın Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev BMT baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (BMT İP) direktor müavini və BMT İP-nin Siyasət və Proqramlara Dəstək İdarəsinin rəhbəri Maqdi Martinez-Solimanla görüşüb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı AİDA və BMT İP arasında həyata keçirilən birgə layihələr müzakirə edilib, mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və peşəkar kadrların hazırlanmasına dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti