...

AİDA rəhbəri İndoneziyada beynəlxalq məsləhətləşmələrdə iştirak edib

Siyasət Materials 3 May 2015 10:19 (UTC +04:00)
AİDA rəhbəri İndoneziyada beynəlxalq məsləhətləşmələrdə iştirak edib
AİDA rəhbəri İndoneziyada beynəlxalq məsləhətləşmələrdə iştirak edib

Azərbaycan, Bakı, 3 may /Trend/

2015-ci ilin 29-30 aprel tarixlərində Asiya-Sakit okean ölkələrinin iştirakı ilə Cakartada təşkil olunmuş "İnkişaf naminə maliyyələşmə" üzrə yüksək səviyyəli məsləhətləşmələrdə Azərbaycan Respublikasinin Beynəlxalq Inkişafa Yardım Agentliyinin (AİDA) rəisi Əşrəf Şıxəliyev çıxış etmişdir.

Trend AİDA mətbuat xidmətinə istinadən xəbər verir ki, çıxış zamanı Ə.Şıxəliyev tədbir iştirakçilarına bildirmişdir ki, Azərbaycan Hökuməti Nepalda baş vermiş zəlzələ nəticəsində əziyyət çəkən insanlara təyyarə ilə çadır, ədyal, dərman və tibbi ləvazimatlar və digər ilkin ehtiyac məhsullarından ibarət humanitar yardim göndərmişdir.

Daha sonra O, beynəlxalq inkişaf sahəsində regionda gedən proseslərə toxunaraq Cənub-Cənub əməkdaşlığının inkişafının əhəmiyyəti və yeni donor ölkələrin qlobal tərəfdaşlığa verdiyi töhfədən danışmışdır. Ə.Şıxəliyev qeyd etmişdir ki, hazırda Azərbaycan və digər yeni donor ölkələri müxtəlif sahələrdə əldə etdikləri ən yaxşı təcrübələrini və yardımlarını inkişaf etməkdə olan ölkələrlə paylaşaraq dünyada inkişafın və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə əsasli zəmin yaradırlar.

Dünyanın ənənəvi və yeni donor ölkələrinin nümayəndələri ilə yanaşı, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və özəl sektorun ekspertlərinin iştirak etdiyi yüksək səviyyəli məsləhətləşmələr BMT-nin Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyası (ECOSOC) və İndoneziyanın Maliyyə Nazirliyinin təşəbbüsü ilə təşkil edilmişdir. 21 dövlət məsləhətləşmələrdə maliyyə nazirləri, mərkəzi bankların sədrləri və ya sədr müavinləri səviyyəsində iştirak etmişdir. İranın nümayəndə heyətinə isə ölkənin Vitse-prezidenti Məhəmməd Bager Nobax rəhbərlik etmişdir. Tədbir cari ilin 13-16 iyul tarixlərində Efiopiyanin paytaxti Əddis-Əbəbə şəhərində nazirlər səviyyəsində keçiriləcək "İnkişaf naminə maliyyələşmə" üzrə üçüncü beynəlxalq konfransa hazırlıq məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti