...

Əşrəf Şıxəliyev BMT-nin məşvərət qrupuna üzv təyin edildi

Siyasət Materials 28 Sentyabr 2015 18:47 (UTC +04:00)
BMT-nin baş katibi AİDA Agentliyinin rəhbərini BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun Məşvərət Qrupuna üzv təyin edib.
Əşrəf Şıxəliyev BMT-nin məşvərət qrupuna üzv təyin edildi

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

BMT-nin baş katibi AİDA Agentliyinin rəhbərini BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun Məşvərət Qrupuna üzv təyin edib. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

BMT-nin Nyu-Yorkdakı Baş Katibliyindən daxil olmuş məlumata əsasən, BMT-nin baş katibi Pan Gi Mun XİN-in nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyevi bu qurumun Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (Central Emergency Response Fund /CERF/) Məşvərət Qrupuna üzv təyin edib.

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Stefen Obraynın rəhbərliyi altında fəaliyyət göstərən CERF-in əsas vəzifələrinə dünyanın müxtəlif bölgələrində baş vermiş humanitar böhranların törətdiyi fəsadların dərhal aradan qaldırılması üçün ziyan dəymiş ölkələrə təcili yardımların göstərilməsi daxildir. CERF-in Məşvərət Qrupu isə fondun strateji məqsədlərinin müəyyən edilməsi, vəsaitlərin sərfinə nəzarət, eləcə də fondun idarəedilməsi ilə bağlı digər əlaqədar məsələlərdə BMT baş katibinə məsləhət vermə səlahiyyətlərinə malikdir. Qrupun üzvləri P.G.Mun tərəfindən üç il müddətinə təyin edilir.

CERF-in Məşvərət Qrupuna XIN-in AİDA Agentliyinin rəhbərinin üzv təyin edilməsi fövqəladə hallarla üzləşən dünya ölkələrinə göstərilən humanitar yardım əməliyyatlarında Azərbaycanın yaxından iştirakının və verdiyi töhfələrinin təzahürü olaraq, yeni donor ölkəsi kimi beynəlxalq arenada daha da artan nüfuzunun göstəricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti